Bayden atasının HƏMAS-ın İsrailə hücumundan sağ çıxdığını deyib

ABŞ prezidenti Cozef Bayden atasının Fələstin radikal HƏMAS hərəkatının 7 oktyabrda İsrailə hücumundan sağ çıxdığını deyib.
O, Ağ Evdə müvafiq bəyanatla çıxış edərək yəhudiləri Hanukka bayramı münasibətilə təbrik edib.
“Oktyabrın 7-dən sonra atam. Atam evindən qalanları xilas etmək üçün öz kibbutuzuna qayıtdı”, – ABŞ-ın 81 yaşlı rəhbəri deyib.
Amerika lideri Ağ Evdə HƏMAS-ın hücumu zamanı oğlunu itirən bir adam haqqında danışıb. Eyni zamanda, prezident səhv edərək həmin adamı “atası” adlandırıb.