Bayden: Bərcamdan çıxmaq böyük səhv idi və biz razılaşmaya qayıtmalıyıq

Bayden: Bərcamdan çıxmaq böyük səhv idi və biz razılaşmaya qayıtmalıyıq

ABŞ prezidenti sionist media ilə söhbətində Vaşinqtonun Bərcamdan çıxmasını böyük səhv hesab edib.

Ən-Nəşrn məlumat bazasına görə, ABŞ prezidenti Co Bayden bu ölkənin keçmiş hökumətinin Bərcamdan geri çəkilməsini böyük səhv kimi qiymətləndirib və bu razılaşmaya geri qayıdılmalı olduğunu bildirib.

Bu xəbərə əsasən Co Bayden bölgəyə gəlişi ilə sionist rejim televiziyasının 12-ci kanalı ilə söhbətində deyib: Biz nüvə razılaşmasına qayıtmalıyıq. İranla razılaşmadan çıxmaq əvvəlki hökumətin böyük səhvi idi. Eyni zamanda topu İran meydanına atmağa çalışaraq, bununla bağlı qərarın hazırda İranın əlində olduğunu iddia edib.

Bayden iddia etdi: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün son çarə olaraq güc tətbiq edəcəyik.

Qeyd edək ki, Co Bayden bir neçə saat əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti kimi ilk dəfə Tel-Əvivə səfər edib.

 “Air Force One” təyyarəsinin enişindən və Baydenin oradan ayrılmasından sonra sionist rejimin prezidenti İshaq Hersoq, müvəqqəti baş naziri, Yair Lapidi və bu rejimin keçmiş baş naziri Naftali Bennetin iştirakı ilə qarşılanma mərasimi keçirilib.

 Co Bayden qarşılanma mərasimindəki çıxışında deyib: Bu, mənim prezidentliyim dövründə İsrailə ilk səfərimdir.

İsraillə münasibətlərimiz əvvəlkindən qat-qat güclü və dərindir.

İsraillə Dəmir Günbəz sistemi və lazer sistemi də daxil olmaqla müdafiə sistemlərini gücləndirməyə çalışacağıq. Bu səfər zamanı biz iki dövlət həllinə daim dəstəyimizi müzakirə edəcək və fikir mübadiləsi aparacağıq.

Biz sülh axtarırıq və keçmiş səhvlərin təkrarlanmasına imkan verməyəcəyik! Amerika ilə İsrail arasında dərin əlaqələr var. Biz regionda sülh və sabitlik üçün çalışırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twelve =