Bayden: Bu gün Amerikanı geri ala bilərik

Bayden: Bu gün Amerikanı geri ala bilərik

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Demokrat namizəd Co Bayden Amerika xalqını səsverməyə təşviq etdi və mövcud Amerika böhranını birlikdə həll edə biləcəklərini söylədi.

Şəxsi Twitter səhifəsindəki mesajında: “Bu böhranları aşa bilərik. Bu gün ölkəmizi geri ala bilərik. Millətin ruhu uğrunda mübarizədə qalib gələ bilərik. Hər şey bu gün başlayır. Gəlin bunu birlikdə edək.” – deyə yazdı.

ABŞ Prezident seçkiləri bu gün səhər 98 milyon amerikalının elektron poçtla, ya da seçki məntəqələrində erkən səs verməsi ilə başladı və bu, ABŞ tarixində görünməmiş bir rekorddur.

Bayden Ohayodakı bir çıxışında dedi: “Sabah bu milləti qorumaqda uğursuz olan, ölkə daxilində nifrət alovunu alovlandıran Prezidentin hakimiyyətinə son verə bilərik. Sizə Trampın xaosuna son qoyacağıma və bu böhrandan sizi çıxaracağıma söz verirəm.”

Bayden dünənki (bazar ertəsi günü) twittində Trampın müasir Amerika tarixindəki ən korrupsioner və irqçi Prezident olduğunu və ona bir dörd il də fürsət verilməməsinin zəruriliyini yazdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =