Bayden dekabrın 30-da Putinlə telefon danışığı keçirmək niyyətindədir

Bayden dekabrın 30-da Putinlə telefon danışığı keçirmək niyyətindədir

ABŞ prezidenti Co Bayden dekabrın 30-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə CNN televiziya kanalı Ağ Evin Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Xorna istinadən bildirib.

E.Xornun sözlərinə görə, C.Bayden “bir sıra məsələləri, o cümlədən Rusiya ilə qarşıdakı diplomatik əlaqələri müzakirə etmək” niyyətindədir.

Telekanaldan verilən məlumatda qeyd olunub: “C.Bayden yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya ikitərəfli danışıqlarını qabaqcadan müzakirə etməyi planlaşdırır. Söhbət zamanı, həmçinin Rusiyanın NATO və ATƏT ilə yanvarın 12 və 13-də baş tutacaq təmaslarına da diqqət yetirəcək”.

Eyni zamanda bildirilib ki, danışıqların keçirilməsi Rusiya Federasiyasının prezidenti tərəfindən təklif edilib və C.Bayden bu fikri qəbul edib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 13 =