Bayden HAZIRLIQ ƏRƏFƏSİNDƏ: ABŞ Ukrayna üçün daha bir “kart”dan istifadə edir
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yaydığı yazılı bəyanatda deyilir.
“Və bu gün mən Ukraynanı artıq döyüş meydanında səmərəli istifadə etdiyi əlavə artilleriya, radar və digər avadanlıqlarla təmin edəcək daha bir hərbi yardım paketini elan edirəm”, – Bayden bəyan edib.
Blinken isə deyib ki, ABŞ hakimiyyəti Ukraynaya 100 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək.
“Reuters” mənbələrə istinadən xəbər verir ki, daha əvvəl Baydenin Ukraynaya 100 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləmək niyyətində olduğu bildirilib .
Bu yardıma əks batareya radarı və artilleriya mərmiləri daxil olacaq. Agentlik qeyd edir ki, Amerika liderinin yaxın saatlarda müvafiq sənədi imzalaması gözlənilir.
Publika.az