Bayden İraq Baş naziri ilə Səudiyyə Ərəbistanında görüşüb

Bayden İraq Baş naziri ilə Səudiyyə Ərəbistanında görüşüb

ABŞ Prezidenti Co Bayden bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Körfəz Əməkdaşlıq Şurası və Misir, İraq və İordaniyanın Zirvə toplantısı çərçivəsində İraqın Baş naziri Mustafa Əl-Kadhimi ilə görüşüb

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 “Görüş zamanı iki lider İraq və ABŞ arasında Strateji Çərçivə Razılaşması ilə güclü ikitərəfli tərəfdaşlığa sadiq olduqlarını və İŞİD-in yenidən dirçəlməsinə imkan verməmək üçün təhlükəsizlik koordinasiyasını davam etdirmək əzmində olduqlarını təsdiqləyiblər”, – Ağ Evin məlumatında qeyd olunub.

Görüş zamanı tərəflər yeni İraq hökumətinin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

İraq Baş naziri Əl-Kadhimi ölkəsinin regional problemlər üçün yerli həll yollarını tapmaq və davamlı sabitliyə nail olmaq üçün İraqın qonşularını və dostlarını bir araya gətirmək üçün təşəbbüslərə sadiq olduğunu diqqətə çatdırıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 11 =