Bayden İsrailin İrana cavab zərbəsi planını açıqladı

“ABŞ və İsrail raket zərbələrinə cavab olaraq İranın neft obyektlərinə hücum imkanlarını müzakirə edir”.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ lideri Co Bayden deyib.
“Biz bunu müzakirə edirik”, – deyə ABŞ prezidenti jurnalistlərin müvafiq sualına cavab verib.
Eyni zamanda, Bayden vurğulayıb ki, oktyabrın 3-də İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana heç bir zərbə endirməyəcək.