Bayden koronavirusa yoluxub

ABŞ Prezidenti Cozef Bayden koronavirusa yoluxub.
Bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, bu gün səhər Prezident Baydenin Las-Veqasdakı ilk tədbirindən sonra koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.
“O, dəfələrlə peyvənd olunub və simptomları yüngüldür”, – deyə Jan-Pyer qeyd edib.