Bayden kralın dəvətini rədd etdi

Bayden kralın dəvətini rədd etdi

Publika.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden mayın 6-da Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvətdən imtina edib. Bu barədə “The Mirror” yazıb.

ABŞ-ın birinci xanımı Cil Baydenin ərinin əvəzinə tacqoyma mərasiminə gedəcəyi güman edilir.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, o cümlədən Aİ-nin üç yüksək səviyyəli nümayəndəsi (Ursula fon der Leyen, Roberta Metsol və Çarlz Mişel) iştirak edəcək.

Şotlandiyanın yeni seçilmiş baş naziri Həmzə Yusuf da mərasimdə iştirak edəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − two =