Bayden Makronla danışdı: Ukrayna və İsrail…

Noyabrın 22-də ABŞ Prezidenti Co Bayden Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, liderlər bir sıra qlobal və ikitərəfli məsələləri, o cümlədən Ukraynada genişmiqyaslı müharibə və İsrail və Livan arasında növbəti gərginliyi müzakirə ediblər.
Makron və Bayden məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.