Bayden ona qarşı araşdırma ilə bağlı qətnaməni yalançı hücum adlandırıb
ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasında ona qarşı istintaqın davam etdirilməsi barədə qərar qəbul edən respublikaçıları “real problemləri” həll etmək istəməməkdə ittiham edib.
Bu barədə Ağ Ev tərəfindən dərc edilən C.Baydenin açıqlamasında bildirilib.
“Amerikalıların həyatını yaxşılaşdırmaq üçün hər hansı bir iş görmək əvəzinə, onlar mənə yalanlarla hücum etməyə yönəliblər”, – deyə o qeyd edib.
ABŞ prezidenti vurğulayıb ki, Respublikaçılar Partiyasının üzvləri Ukrayna, İsrailə yardım və cənub sərhədindəki vəziyyət kimi aktual məsələləri həll etmək əvəzinə “hətta konqresdəki respublikaçıların da faktlarla izah olunmadığını etiraf etdiyi əsassız siyasi oyuna vaxt itirməyə üstünlük verir”.