Bayden Parkinson xəstəsidirmi?

“ABŞ prezidenti Co Bayden Parkinson xəstəliyindən müalicə almır”.

Bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

“Prezident Parkinson xəstəliyindən müalicə olunubmu? Yox. Hazırda o, Parkinson xəstəliyindən müalicə alırmı? Yox. Parkinson xəstəliyi üçün hər hansı dərman qəbul edirmi? Xeyr”, – deyə Karin Jan-Pyer bildirib.

O, Ağ Evə baş çəkə biləcək mütəxəssislərin adlarını çəkməyəcəyini vurğulayıb.

“The New York Post” qəzeti ABŞ prezidentinin həkimi Kevin O’Konnorun yanvar ayında Parkinson xəstəliyi üzrə ixtisaslaşmış “Walter Reed” Tibb Mərkəzində nevroloq həkim Kevin Kanardla görüşdüyünü yazıb. Məlumata görə, görüş yanvarın 17-də Ağ Evin klinikasında baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 12 =