Bayden Putinlə JBS-yə edilən kiberhücumu müzakirə edəcək
Ağ Ev, ABŞ prezidenti Co Baydenin iyun ayında Rusiya lideri Vladimir Putinlə görüşü zamanı dünyanın ən böyük ət istehsalçısı JBS-yə qarşı həyata keçirilən kiberhücumu müzakirə edəcəyini gözləyir.
Bunu Ağ Evin sözçüsü Jen Psaki açıqlayıb.
JBS-yə edilən kiber hücum, şirkətin ABŞ, Kanada və Avstraliyadakı zavodlarının bağlanmasına səbəb olub.
KİV-lərdə qeyd edilir ki, hücumun arxasında bəzi üzvlərinin Rusiyada olduğu iddia edilən “REvil” haker qrupu dayanır.
Putin və Beydenin iyunun 16-da Cenevrədə görüşməsi planlaşdırılır.