Bayden Qəzzada atəşkəs danışıqlarında irəliləyiş olduğunu iddia edir

Bayden Qəzzada atəşkəs danışıqlarında irəliləyiş olduğunu iddia edir

ABŞ prezidenti müharibənin dayandırılması və Qəzzada israilli məhbusların azad edilməsi ilə bağlı razılaşmanın mümkün olduğunu, atəşkəs danışıqlarında irəliləyişin əldə edildiyini iddia edib.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumatına görə, Co Bayden dünən axşam (9 yanvar) jurnalistlərə deyib: Biz bəzi irəliləyişləri görürük. Mən hələ də bizim məhbus mübadiləsi apara biləcəyimizə ümid edirəm.

Bayden əlavə edib: Livanın yeni seçilmiş prezidenti Cozef Aun ilə danışıb və o, “birinci dərəcəli insan”dır. Hökumət Livan ordusu ilə də vahid səylə işləyir. Onlar Həmas, Hizbullah və ya hər hansı digər qrupa deyil, Livan xalqına cavabdehdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 14 =