Bayden: Qəzzada atəşkəs olarsa, daha İran İsrailə hücum etməsin

Bayden: Qəzzada atəşkəs olarsa, daha İran İsrailə hücum etməsin

 ABŞ prezidenti Qəzzada atəşkəs razılaşması əldə olunarsa, İranın İsrailə hücum etməkdən çəkinəcəyini gözlədiyini açıqlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, prezidentliyinin son aylarında Yaxın Şərqin Qərbi Asiya bölgəsində sülh əldə etməyə çalışacağını iddia edən ABŞ prezidenti Co Bayden, İsrail və HƏMAS arasında atəşkəs İranın hücumunun qarşısını ala biləcəyinə ümidvar olduğunu deyib.

Co Bayden əlavə edib: Mən Yaxın Şərqdəki vəziyyətdən narahatam. Vəziyyət çətinləşib. Nə edə biləcəyimizi və İranın necə cavab verəcəyini görəcəyik. Amma Qəzzada atəşkəs olarsa, İranın İsrailə hücum etməkdən çəkinəcəyini gözləyirəm. Vəziyyət çətinləşir. İranın nə edəcəyini gözləyirik. Hücum olarsa, nələr baş verəcəyini təsəvvür etmirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fourteen =