Bayden: “Rusiyanın qazanc şansından məhrum olunması üçün sərəncam imzaladım”

Bayden: “Rusiyanın qazanc şansından məhrum olunması üçün sərəncam imzaladım”

“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden özünün tviterdəki hesabında yazıb.

“Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, – Ağ Ev rəhbəri əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − two =