Bayden seçki kampaniyasını tərk edir?

ABŞ Prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçki kampaniyasından geri çəkilmək imkanını nəzərdən keçirmir.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Piyer brifinqdə bildirib.
“Qətiyyən yox, məncə, siz bunu əvvəllər onun seçki qərargahından da eşitmişiniz”, – o qeyd edib.