Bayden seçkilərə yaxın bir ayda Trampı 16 % üstələyib

Bayden seçkilərə yaxın bir ayda Trampı 16 % üstələyib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ-da Prezident seçkilərinə 27 gün qalmış CNN bir sorğu keçirib.

ABŞ-da keçirilən son sorğu nəticələrinə görə, Demokrat namizəd Co Bayden rəqibini 16 % qabaqlayır. Anketə görə, amerikalı seçicilərin 57 %-i Baydeni, 41%-i isə Donald Trampı dəstəklədiklərini söyləyib.

Avqustun sonu və sentyabr ayının əvvəlində eyni şəbəkə tərəfindən aparılmış əvvəlki anketdə Tramp 43 %, Bayden isə 51 % səs çoxluğu ilə 8 % qabaqda idi.

CNN-in yeni sorğusu keçən Cümə axşamı ilk Tramp-Bayden debatından sonra başladı və Tramp-a korona diaqnozu qoyulduğu Bazar gününə qədər davam etdi.

Sorğu 1001 nəfər amerikalı seçici arasında aparılıb. Ağ Ev keçən cümə Trampın korona virusuna yoluxduğunu rəsmən elan etdi və bundan sonra müalicə üçün paytaxtın kənarındakı Walter Reed Hərbi Xəstəxanasına getdi.

Prezident xəstəxanada dörd gün qaldıqdan sonra, Ağ Evə qayıtsa da vəziyyəti ilə bağlı fərziyyələr davam edir.

Hərbi xəstəxanadan Ağ Evə qayıdan Tramp Twitter-dəki mesajında Baydenin liderliyi ilə bağlı anketlərə reaksiya göstərərək medianın saxta xəbərləri təbliğ etdiyini iddia etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − two =