Bayden və Conson Madrid anlaşmasını ALQIŞLADI

Bayden və Conson Madrid anlaşmasını ALQIŞLADI

Publika.az xəbər verir ki, bu barədə Cozef Bayden və Boris Conson öz tviter hesablarında yazıblar.

ABŞ Prezidenti bildirib ki, üç ölkə arasında memorandumun imzalanması müsbət haldır. “Nəticədə bu bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”-, deyə Bayden qeyd edib.

Böyük Britaniyanın Baş naziri Boris Conson isə Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini fantastik xəbər adlandırıb.

“Bu, fantastik xəbərdir. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək”, – Britaniya hökumətinin başçısı yazıb.

Qeyd edək ki, Türkiyə tələblərinin qarşılığında İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − eight =