Bayden və demokratlar “miqrant kartı”yla oynayır – İlon Maskdan iddia

Bayden və demokratlar “miqrant kartı”yla oynayır – İlon Maskdan iddia

ABŞ prezidenti Co Bayden administrasiyası və Demokratlar partiyasının immiqrasiya siyasəti ilə bağlı qərarları qarşıdan gələn prezident seçkilərində qüvvələr balansını dəyişmək üçün nəzərdə tutulub.

“Əksər amerikalılar bilmirlər ki, ABŞ-da əhalinin siyahıya alınması hazırda vətəndaşlığından asılı olmayaraq bütün dairə sakinlərini səsvermə məqsədilə hesablamaq deməkdir! Senatdakı demokratlar Konqresdəki yerlərin və seçici kollegiyasındakı səslərin bölüşdürülməsində qeyri-qanuni mühacirlərin sayılmasını dayandıracaq düzəlişin ləğvi üçün yekdilliklə səs verdilər. Qeyri-qanuni immiqrantlar əsasən demokratların rəhbər olduqları ştatlarda yaşadıqları üçün həm Nümayəndələr Palatasının, həm də prezident seçicilərinin səsləri təxminən 5% sola sürüşür və bu da bütün güc balansını dəyişmək üçün kifayətdir! Bu, Bayden administrasiyasının rekord sayda qeyri-qanuni mühacir saxlamasının və bu qədər az deportasiya həyata keçirməsinin əsas səbəblərindən biridir”, – Mask sosial şəbəkədəki X səhifəsində yazıb.

Qeyd edək ki, bu kimi ittihamlar adətən demokratiyaya keçid dövrünü yaşayan ölkələrdə olur və indiyədək ABŞ-da belə iddia və ittihamlar səslənməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =