Bayden və Netanyahu İrana qarşı “yeni hərbi yerləşdirmələri” müzakirə ediblər

Bayden və Netanyahu İrana qarşı “yeni hərbi yerləşdirmələri” müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu dünən telefon danışığında son hadisələri müzakirə ediblər.

Bayden administrasiyası İsrailin Beyrut və Tehrandakı sui-qəsdlərinin regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışır.

Axios ilə danışan üç Amerika rəsmisi bildirib ki, Bayden administrasiyası İranın HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bu həftənin əvvəlində Tehranda şəhid olmasına cavab olaraq bir neçə gün ərzində İsrailə hücum edəcəyinə inanır və buna qarşı durmağa hazırlaşır.

Ağ Evdən verilən açıqlamada Baydenin “Həmas, Hizbullah və Yəmən də daxil olmaqla İrandan gələ biləcək bütün təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqlədiyi” bildirilib.

“Prezident İsrailin ballistik raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla təhdidlərə qarşı müdafiəsini gücləndirmək səylərini, o cümlədən ABŞ-ın yeni müdafiə xarakterli hərbi yerləşdirmələrini müzakirə edib”, – bəyanatda deyilir.

Açıqlamaya görə, Bayden bölgədəki gərginliyin azaldılması lazım olduğunu da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =