Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək
ABŞ Prezidenti Cozef Bayden cümə axşamı Yaponiyada ölkənin Baş naziri Fumio Kisida ilə görüşəcək.
APA xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin yaydığı qrafikdə əksini tapıb. Xatırladaq ki, mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində G7 qrupunun sammiti keçiriləcək.
Bayden jurnalistlərə ABŞ-ın defolt təhlükəsi və borc limitinin artırılması ilə bağlı qanunvericilərlə məsləhətləşmənin zəruriliyinə baxmayaraq, G7 sammitinə getmək niyyətində olduğunu bildirib. ABŞ Prezidenti qanunvericilərlə danışıqların uğurlu olacağına əminliyini ifadə edib: “Mən həqiqətən düşünürəm ki, həm onların, həm də bizim tərəfimizdə razılıq əldə etmək istəyi var. Zənnimcə, biz bunu edə bilərik”. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu yəqin ki, mayın 16-da olacaq.
Apa.az