Bayden yenə “quş” buraxdı
Amerikanın hafizə problemi olan qoca prezidenti çaşqınlıqlarının davamında bu dəfə Ukraynanı NATO ilə səhv salıb.
Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Co Bayden dünən axşam (18 fevral) Delaverə səfəri zamanı ABŞ Konqresini NATO alyansını maliyyələşdirmək üçün qanun qəbul etməyə çağırıb.
Respublikaçı Milli Komitə Baydenə sərt cavab verib və ona xatırladıb ki, Ukrayna NATO deyil, İsrail və Tayvan da deyil”.
Xatırladaq ki, Co Bayden elə ötən həftə yaddaşla bağlı heç bir şikayətinin olmadığını dedikdən sonra Misir prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti kimi təqdim etmişdi.
O, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni sazişin bağlanması perspektivlərini şərh edərkən demişdi ki, “Bildiyiniz kimi, Meksika prezidenti Sisi humanitar yardımların çatdırılması üçün əvvəlcə qapıları açmaqdan imtina edib”.