Baydendən KRİTİK AÇIQLAMA: “Putin ukraynalıların kimliyini yer üzündən silməyə çalışır”

Baydendən KRİTİK AÇIQLAMA: “Putin ukraynalıların kimliyini yer üzündən silməyə çalışır”

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Rusiyanın hücumlarının yeganə məqsədi mədəniyyəti məhv etməkdir. Bu, qanunun aliliyinə əsaslanan beynəlxalq nizamın fundamental prinsiplərinə birbaşa hücumdur”, – o, ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında çıxışında deyib.

Ağ Ev rəhbəri Rusiya prezidentinin başlatdığı müharibəni pisləyib.

Bayden həmçinin Rusiyanın təcavüzünə qarşı mübarizədə qlobal əməkdaşlığın gücünü yüksək qiymətləndirib və əlavə edib ki, Putin İsveç və Finlandiyanı müdafiə alyansına qoşulmağa sövq etməklə bütün Avropanı NATO-ya yerləşdirib.

Bayden daha əvvəl deyib ki, Rusiya Ukraynadakı müharibənin əvəzini uzunmüddətli perspektivdə ödəməlidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 1 =