Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb
ABŞ-ın Merilend ştatında Demokratlardan prezidentliyə namizəd Cozef Bayden və vitse-prezidentliyə namizəd Kamala Harrisi qaçıraraq öldürməklə hədələyən yerli sakin saxlanılıb.
SalamNews xəbər verir ki, bu barədə RİA “Novosti” ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Ceys Deyl Rid Baydenə dəstək plakatları gördüyü qonşularının həyətlərində təhdid dolu yazılar qoyurdu.
O eyni zamanda tərəfdarların ünvanlarını bildiyini və “qorxulu bir silaha” sahib olduğunu iddia edirdi.