Baydenin bu zarafatı tənqid olundu
ABŞ-ın hazırkı Prezidenti Co Bayden Nyu Orlean və Las-Veqasdakı terror aktlarından sonra ilk dəfə ictimai bəyanatla çıxış edib.
Prezidentin nitqindən əvvəlki hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bayden ölkəni sarsıdan hadisə ilə bağlı müraciətinə başlayarkən gözlənilmədən zarafat edib.
“Əminəm ki, siz mənim nəhayət gəldiyimə görə əl çalırsınız”, – deyə o bildirib.
Bu sözlər zalda gülüşə səbəb olub.