Baydenin geri çəkilməsi səhhəti ilə bağlı deyil – Ağ Ev

ABŞ prezidenti Co Baydenin seçki yarışından çəkilmək qərarı onun səhhəti ilə bağlı deyil.Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə açıqlayıb.
“Bu kimi qərarlar çox şəxsidir və belə qərar qəbul etmək asan deyil”- deyə o, Baydenin seçkidən uzaqlaşmasını şərh edib.
Mətbuat katibi həmçinin Baydenin səhhətinin pisləşməsi ilə bağlı məlumatların ictimaiyyətdən gizlədilməsi ilə bağlı iddiaları rədd edib.