Baydenin İsraildən xahişi: Onlara hücum etmə!
ABŞ Prezidenti Co Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Bayden İsrail rəhbərliyinə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin kontingentinə hücum ehtimalını istisna etmək tələbi ilə müraciət edib.