Baydenin sözlərindən sonra Çin ordunu hazır vəziyyətə gətirdi
Publika.az xəbər verir ki, Çin ordusunun Şərq Cəbhəsi Komandalığının sözçüsü Şi Yi təlimlərin Tayvan çevrəsindəki sularda keçirildiyini və müxtəlif hərbi qüvvələrin qatıldığını açıqlayıb.
“Bu təlimlər ABŞ və Tayvanın son günlər birgə fəaliyyətlərinə qarşı xəbərdarlıqdır. Tayvan Çinin bir hissəsidir və biz Tayvanın Çinə qarşı bütün addımlarına qarşılıq vermək gücündəyik”, – Şi Yi deyib.
Çin Müdafiə Nazirliyi də bəyan edib ki, ordu müharibəyə hazırdır və Tayvan qüvvələrinin istənilən addımının qarşısı alınacaq.
Publika.az