BBC: Aun San Su Çji 600.000 dollar və qızıl mənimsəməkdə ittiham edilir

BBC: Aun San Su Çji 600.000 dollar və qızıl mənimsəməkdə ittiham edilir

 Myanmada hakimiyyətə gələn hərbçilər, ölkənin keçmiş lideri, Dövlət Müşaviri Aun San Suu Çjini qanunsuz olaraq 600.000 dollar və biraz daha böyük məbləğdə qızıl mənimsəməkdə ittiham edib.

“BBC News” xəbər verir ki, bu barədə briqada generalı Zo Min Tun açıqlama verib. Amma buna dair heç bir dəlil gətirməyib.

“BBC” qeyd edir ki, bu indiyə qədər Aun San Suu Çjiyə qarşı  irəli sürülən ən ciddi ittihamlardır.

General prezident Vin Myin və bəzi nazirləri korrupsiyada günahlandırıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =