BƏƏ Prezidenti və Suriya lideri ikitərəfli münasibətləri müzakirə ediblər

BƏƏ Prezidenti və Suriya lideri ikitərəfli münasibətləri müzakirə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Suriyanın rəhbəri Əhməd əl-Şaraa ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Əmirliyin “WAM” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı BƏƏ lideri Suriyanın müstəqilliyi və suverenliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıb, həmçinin Suriya xalqının təhlükəsizlik, sülh və sabitliyə nail olunmasına yönəlmiş səylərini dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =