BƏƏ Qəzza zolağına yardım göndərilməsi ilə bağlı İsraillə razılığa gəlib

BƏƏ Qəzza zolağına yardım göndərilməsi ilə bağlı İsraillə razılığa gəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan israilli həmkarı Gideon Saar ilə telefon danışığı zamanı BƏƏ-dən Qəzza zolağına humanitar yardımın göndərilməsinə başlanması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Əmirliklər Xəbər Agentliyi (WAM) məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələdə humanitar yardım anklavın təxminən 15 min dinc sakinini ərzaqla təmin etməyə imkan verəcək.

Körfəz ölkəsinin təşəbbüsü həmçinin Qəzza zolağına uşaq məhsulları və çörəkxana üçün xammalın göndərilməsini də nəzərdə tutur.

Xatırladaq ki, mayın 18-də İsrailin Müdafiə Qüvvələri “Gideonun cəng arabaları” genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub rayonlarında döyüş əməliyyatlarına başladığını elan edib. Həmin gün İsrail Baş naziri Binyamin Netanyahunun ofisi anklavda aclığı qabaqlamaq üçün Qəzza zolağı ərazisinə “baza səviyyədə” ərzağın gətirilməsinə icazə verəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + four =