BƏƏ və İran ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər

BƏƏ və İran ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər

Fevralın 28-də Əbu-Dabidə BƏƏ və İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

APA xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin məsləhətləşmələrin yekunlarına dair dərc olunmuş bəyanatında deyilir.

“Hər iki tərəf siyasi məsləhətləşmələrin birinci raundunun keçirilməsini alqışladılar və onun ümumi maraq doğuran məsələlərin müzakirəsi üçün əhəmiyyətini vurğuladılar”, – bəyanatda deyilir.

İki ölkə arasında münasibətlər 2016-cı ildə şiə ruhani Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsindən qəzəblənən iranlı etirazçıların Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqın etməsi ilə böhran həddinə çatıb.

Ər-Riyadla Tehran arasında münasibətlərin pozulmasından sonra Əmirlik hakimiyyəti İranda diplomatik nümayəndəliyin səviyyəsini aşağı salmaq qərarına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 6 =