Begemot qayığı aşırdı 24 nəfər öldü

Begemot qayığı aşırdı 24 nəfər öldü

Cənubi Afrikada yerləşən Malavi Respublikasında 24 nəfərin həyatına son qoyan faciə baş verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mozambiklə sərhəddə olan Şire çayını keçən böyük begemot 34 nəfərin olduğu qayığa çırpılıb. Qayıqda olan 13 sərnişin qaça bilib, 23 nəfər isə itkin düşüb. Xilasedicilər faciədən sonrakı ilk saatlarda bir yaşlı körpənin cəsədini çıxarıblar.

Qeyd olunur ki, BMT-nin ərzaq missiyasının əməkdaşları sərnişinlərin xilas edilməsi və batanların axtarışında iştirak ediblər.

Yerli sakinlər qeyd edirlər ki, begemotlar burada mütəmadi olaraq problem yaradır və hökumətə heyvan populyasiyasının bir hissəsinin başqa ərazilərə köçürülməsi ilə bağlı müraciət edilib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =