Belarus hökuməti müxalifət liderinə həbs hökmü çıxarıb

Belarus hökuməti müxalifət liderinə həbs hökmü çıxarıb

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Rusiya Daxili İşlər Nazirliyi Belarus hökumətinin müxalifət liderinin konstitusiya sistemini devirməyə çalışdığına görə həbs qərarı çıxardığını bildirdi.

Belarus hökuməti cümə günü ölkənin müxalifət lideri Svetlana Tixanovskaya üçün həbs hökmü verdi. Routers-in verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətinin konstitusiya sistemini devirməyə çağırdığına görə Tixanovskaya barədə həbs hökmü verdiyini açıqladı.

Belarusiyadan əvvəl Rusiya hökuməti siyasətçinin əleyhinə həbs qərarı vermişdi. Tixanovskaya qərara cavab olaraq ölkəsinə ancaq qələbəsindən və hakimiyyətin devrilməsindən sonra qayıda biləcəyini söyləmişdi.

Tıxanovskaya, çərşənbə axşamı Lukaşenkonun istefa etməməsi, şiddəti dayandırmayacağı və siyasi məhbusları sərbəst buraxmayacağı təqdirdə Belarusiya daxilində ümumi tətil edəcəyini söylədi.

Belarus müxalifət lideri: “25 oktyabr tarixinə qədər tələblərimiz yerinə yetirilməzsə, bütün xalq dinc şəkildə küçələrə çıxacaq. 26 oktyabrda bütün qurumlar tətil edəcək, bütün yollar bağlanacaq və dövlət mağazalarında artıq satışlar getməyəcək.” – dedi.

Belarusiya müxalifət lideri Prezident seçkilərinin saxtalaşdırıldığını iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =