Belarus Prezidenti: “Üçüncü Dünya müharibəsi başlaya bilər”

Belarus Prezidenti: “Üçüncü Dünya müharibəsi başlaya bilər”

“Üçüncü Dünya müharibəsi başlaya bilər”.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya cavab həddindən artıq kəskin olmamalıdır: “Bu, növbəti dünya müharibəsi ilə nəticələnə bilər”.

A.Lukaşenko həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Belarusla diplomatik təmaslar qurmağa cəhd edib.

Belarus Prezidenti vurğulayıb ki, Ukraynadakı müharibə bitdikdən sonra da Qərb təhdid mənbəyi olaraq qalacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − seven =