Belarusda nazir qəflətən vəfat edib

Belarusda nazir qəflətən vəfat edib

Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avramenko 47 yaşında qəflətən dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə “Belta” agentliyi respublikanın nəqliyyat departamentinə istinadən xəbər verir.

Onun ölümünün səbəbi açıqlanmır.

Avramenko 2012-ci ildə Belarus Nazirlər Soveti aparatının nəqliyyat və rabitə şöbəsinə rəhbərlik edib.

2013-cü ildən nəqliyyat və rabitə nazirinin müavini, 2016-cı ildən isə nəqliyyat və rabitə nazirinin birinci müavini vəzifələrində çalışıb. 2019-cu ildə isə nəqliyyat və rabitə naziri təyin edilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + three =