Belarusda yerli peyvəndin sınaqlarına başlanılıb

Belarusda yerli peyvəndin sınaqlarına başlanılıb

Yaxın zamanlarda Belarusun istehsal etdiyi peyvəndin heyvanlar üzərində sınaqlarına başlanılacaq.

Bu barədə jurnalistlərə Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktiki Mərkəzinin Biotəhlükəsizlik laboratoriyasının müdiri Anatoli Krasko jurnalistlərə bildirib.

“Yaxın zamanlarda heyvanların immunizasiyasına başlayacağıq. Bu proses azı 1 ay vaxt tələb edəcək. Payıza qədər peyvəndin prototipinin hazırlanması planlaşdırılır. Kliniki sınaqlar isə gələn il həyata keçiriləcək”, – A.Krasko bildirib.

Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktiki Mərkəzinin direktoru Vladimir Qorbunov məlumat verib ki, hazırda yerli peyvəndin işlənib hazırlanmasına mərkəzin 6 laboratoriyası cəlb olunub.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =