Belçika Baş Naziri və Portuqaliya Prezidenti Ayətullah Rəisini inauqurasiya münasibətilə təbrik ediblər

Belçika Baş Naziri və Portuqaliya Prezidenti Ayətullah Rəisini inauqurasiya münasibətilə təbrik ediblər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya prezidenti və Belçikanın Baş naziri İran İslam Respublikasının yeni prezidenti Ayətullah Seyid İbrahim Rəisiyə öz təbriklərini bildirmişlər.

İran İslam Respublikasının Lissabondakı səfirliyindən verilən məlumata görə, Portuqaliya prezidenti Marselo Reblo de Sosa Portuqaliya xalqı və hökuməti adından İranın yeni prezidenti Ayətullah Rəisini inauqurasiya mərasimi münasibətilə təbrik edərək, ona bu mühüm məsuliyyətdə uğurlar arzulamışdır.

Bu məktubda Portuqaliya prezidenti, ölkəsinin iki ölkə arasındakı əlaqələrin davamlı inkişafına sadiq olduğunu vurğulamış və bunun hər iki xalqın maraqlarına uyğun olacağına əmin olduğunu bildirmişdir.

Həmçinin İran İslam Respublikasının Brüsseldəki səfirliyindən verilən məlumata görə, Belçikanın baş naziri Aleksandr de Kroo İranın yeni prezidenti Ayətullah Rəisini andiçmə mərasimi münasibətilə təbrik edərək ona İran xalqının mənafelərini qorumaq yolunda uğurlar arzulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 13 =