Belçikada polislərə bıçaqla hücum olub, bir nəfər ölüb

Belçikada polislərə bıçaqla hücum olub, bir nəfər ölüb

Belçikada polislərə bıçaqla hücum olub.

APA BBC-ə istinadən xəbər verir ki, hadisə paytaxt Brüsseldə Şimal Vağzalının yaxınlığında xidmət edən polis qrupuna qarşı törədilib.

Hücumda boynundan yaralanan bir polis məmuru ölüb, biri isə yaralanıb.

Hadisəni törədən şəxs hadisə yerinə gələn başqa bir polis əməkdaşı tərəfindən zərərsizləşdirilib.

Bıçaqlı şəxs hücumu qabaqcadan planlaşdırdığını səhər saatlarında polis bölməsinə gələrək bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =