Ben Querin müşayiəti ilə yüzlərlə sionist Əl-Əqsa məscidinə hücum edib – Video

Ben Querin müşayiəti ilə yüzlərlə sionist Əl-Əqsa məscidinə hücum edib – Video

Fələstin mediası bu səhər Netanyahunun kabinetinin ifratçı nazirinin müşayiəti ilə yüzlərlə sionistin Əl-Əqsa məscidinə hücumu barədə məlumat yayıb.

Bu gün (27 iyul cümə axşamı) yüzlərlə sionist mühacir sionist rejimin milli təhlükəsizlik naziri “İtmar Ben Quer” ilə birlikdə “Məbədin dağıdılması” adlandırılan hadisənin ildönümündə ciddi təhlükəsizlik tədbirləri ilə Əl-Əqsa məscidinə hücum edib.

Fələstinin “Şahab” xəbər saytının məlumatına görə, yüzdən çox mühacir Məscidül-Əqsada “Əs-Silsilə” qapısı yaxınlığında Talmud mərasimi keçirib. Bu xəbərin dərcindən bir neçə dəqiqə sonra Fələstin mediası sionist mühacirlərin sayının artması və onların Məscidül-Əqsanın həyətlərinə çoxmərhələli hücumu barədə məlumat yayıb.

Fələstin mediasının məlumatına görə, sionist hərbçilər fələstinli ibadətçilərin məscidə daxil olmasına mane olub və 1050-yə yaxın mühacir Məscidül-Əqsaya girib.

Həmçinin, dünən gecədən etibarən onlarla mühacir Ben Querlə birlikdə Qüds şəhərinin köhnə hissəsinə hücum edərək təxribat xarakterli bayraq yürüşünə qatılıblar. Bu aksiya da ciddi təhlükəsizlik tədbirləri ilə həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =