Ben Qvir: Fələstinlilərin Qəzzanın şimalına qayıtması HƏMAS-ın qələbəsi və İsrailin tam təslim olmasıdır

Ben Qvir: Fələstinlilərin Qəzzanın şimalına qayıtması HƏMAS-ın qələbəsi və İsrailin tam təslim olmasıdır

İsrailin baş naziri Benyamin Netanyahu kabinetinin istefa vermiş və radikal naziri bu gün fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtması görüntülərini Həmas hərəkatının qələbəsi və Təl-Əvivin tam təslim olması kimi qiymətləndirib.

Sionist rejimin istefa vermiş daxili təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtmasına münasibət bildirərkən deyib: Fələstinli qaçqınların Qəzza zolağının şimal hissəsinə qayıtması HƏMAS hərəkatının qələbəsinin görüntüsü və qeyri-qanuni razılaşmanın (Qəzzada atəşkəs sazişi) daha bir təhqiredici hissəsidir.


O, vurğuladı: Görünən odur ki, bu məsələ (fələstinli qaçqınların Qəzza zolağının şimalına qayıtması) mütləq qələbə (sionist rejimin) deyil, (bu rejimin) tam təslim olmasıdır.
Ben Qvir əlavə edib: Hərbçilərimiz Qəzza zolağında döyüşüb və həlak olublar ki, belə səhnələri görməsinlər, biz döyüşə qayıtmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 18 =