Ben Qvir: Həmasla razılaşsanız, mən istefa verəcəyəm!

Ben Qvir: Həmasla razılaşsanız, mən istefa verəcəyəm!

Sionist rejimin daxili təhlükəsizlik naziri HƏMAS hərəkatı ilə razılaşma əldə olunarsa, bu rejimin kabinetindən çıxacağını deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin 12-ci kanalı bu gün (12 avqust) xəbər verib ki, İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir baş nazir Benyamin Netanyahunu Həmasla razılaşacağı təqdirdə kabinetdən istefa verəcəyi ilə təhdid edib.

Ben Qvir bazar günü axşam deyib: Əgər Netanyahu Həmasla müharibənin dayandırılması və əsirlərin mübadiləsi ilə bağlı saziş imzalamağa razılaşarsa, böyük səhv etmiş olar. O, Qəzzə zolağını işğal etməli və oradakı sakinləri qovmalıdır.

Bu radikal nazir daha sonra deyib: İsrail Qəzza zolağına humanitar yardımı kəsərsə, Həmas 2 həftə ərzində təslim olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 8 =