Ben Qvir: Hizbullahla müharibəyə başlayaq!
İsrailin ən radikal naziri Livan Hizbullahı ilə müharibəyə çağıraraq Livanla heç bir müzakirənin faydalı olmayacağını deyib.
İRNA-nın verdiyi məlumata görə, sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün (21 avqust) deyib: İsrail açıq-aşkar Hizbullaha qarşı müharibə elan etməlidir. Çünki Hizbullahla heç bir danışıq və ya kompromis faydalı olmayacaq.
Sionist rejim prezidenti İshaq Hersoq isə Qəzzada müharibənin davamına etiraz edən aksiyaçılara ifratçı nazirləri kabinetdən uzaqlaşdırmaq istədiyini deyib.
Bundan əvvəl sionist rejim kabinetinin radikal nazirləri İtamar Ben Qvir və Bezalel Smotriç Netanyahunu Qəzza zolağında atəşkəs və əsirlərin mübadiləsi ilə razılaşdığı təqdirdə nazirliyi tərk edəcəkləri və koalisiya kabinetini devirəcəkləri ilə hədələmişdilər.