Beni Qantz: Netanyahu İordaniya ilə münasibətləri gərginləşdirdi.

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Beni Qantz belə söyləmişdir: “Netanyahu İsrailin İordaniya ilə münasibətlərini gərginləşdirdi.”
İsrail müdafiə naziri, baş nazir Benyamin Netanyahunu İordaniya ilə münasibətləri gərginləşdirdiyinə görə kəskin tənqid edib.
İsrailin “Ynet News” internet qəzeti yazır ki, Beni Qantz, İordaniyanın İsrail üçün strateji bir tərəfdaş olduğunu və iki tərəf arasında olan hərbi və siyasi əlaqələrin sionist rejimin etnik təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Qantz, həmçinin İsrail rejiminin İordaniya ilə imzaladığı müqavilələrə sadiq qaldığını söyləyib.
Beni Qantz, “Təəssüflər olsun ki, Netanyahunun son illərdə atdığı addımlar İsrailin İordaniya ilə münasibətlərinə, xüsusilə hərbi, siyasi və iqtisadi sahələrdəki əlaqələrinə ciddi zərbə vurmuşdur”, deyə əlavə edib.