Beni Qantz: Netanyahu öz mühakiməsini ləğv etdirmək fikrindədir

Beni Qantz: Netanyahu öz mühakiməsini ləğv etdirmək fikrindədir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Beni Qantz deyib ki, Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə öz mühakiməsini ləğv edəcək.

İsrailin Müdafiə Naziri və “Mavi və Ağ” partiyasının lideri xəbərdarlıq edib ki, Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə həridi yəhidilərindən bir nəfəri ədliyyə naziri təyin olunacaq.

Beni Qantz həmçinin twitter-də yazıb ki, Netanyahunun komandası 61 yer qazanarsa, hökumətin hüquq müşaviri və baş prokuroru Avixay Mandelbliti vəzifəsindən kənarlaşdıracaq və öz mühakiməsini ləğv edəcək.

Qantz və bir çox İsrail partiya liderləri öncədən Netanyahunun həridi partiyalarının köməyi ilə yeni hökumət qurma qərarı və bundan sonra korrupsiya ittihamlarına son qoymaq üçün Knessetdə toxunulmazlıq hüququ haqqında bir qanun qəbul edilməsi barədə xəbərdarlıq etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =