Beni Qantz: Netanyahunun addımları İsrailin təhlükəsizliyi üçün zərərlidir

Beni Qantz: Netanyahunun addımları İsrailin təhlükəsizliyi üçün zərərlidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü axşam, İsrail müdafiə naziri Beni Qantz İsrail Baş naziri Benyamin Netanyahunun son hərəkətlərini İsrailin təhlükəsizliyinə zərərli olduğunu bildirib.

O, Netanyahunun İordaniya vəliəhdinin Əl-Əqsa məscidini ziyarət etmək üçün Qüdsə daxil olmasını əngəlləmək barədə göstərişinə toxunaraq öz twitter səhifəsində belə yazıb: “Onun bu hərəkətləri siyasi müqavilələrin pozulması, xarici siyasət sisteminin kənara qoyulması və İsrailin qərar qəbuletmə sistemini zəiflətmək üçün bir cəhddir.”

Qantz, İsrail baş nazirinin kabinetin əsas üzvləri ilə məsləhətləşmədən qərar verdiyini qeyd edərək, belə əlavə edib: “Netanyahunun qərarları İsrailin deyil, öz mənafelərinin qorunmasına əsaslanır.”

Xatırladaq ki, İordaniya vəliəhdinin Əl-Əqsa məscidinə girməsinə qadağa qoyulduqdan sonra İsrail baş nazirinin ötən həftə BƏƏ-ə planlaşdırılan səfəri də İordaniya hava məkanından istifadə edilməsinə qadağa səbəbindən ləğv olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =