Bennet Netanyahuya çağırış etdi

Bennet Netanyahuya çağırış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin ilk baş nazir postuna namizədi Naftali Bennett, Benyamin Netanyahunu istefaya çağırdı.

Bazar günü axşam bir mətbuat konfransında çıxış edən Bennett, Knesset sədrini yeni kabinetə etimad səsverməsini təxirə salmamağa və bunu çərşənbə gününə təyin etməyə çağırıb.

“Times of Israel” saytının yazdığına görə, o, Netanyahunun müttəfiqi olan Knessetin sədri Yariv Levinə müraciət edərək deyib: “Netanyahunun bizi tərk edəcək nümayəndələr tapmağına görə etimad səsverməsini bir neçə gün təxirə salmağın üçün sənə təzyiq etdiyini bilirəm. Bu iş Netanyahunun lehinə ola bilər, ancaq İsrailin maraqlarına xidmət eləmir.”

Yamina partiyasının lideri daha sonra Netanyahunu və hakimiyyətdə qalmaq səylərini kəskin tənqid edərək deyib: “Baxın İsrail bir monarxiya deyil. Heç kim hakimiyyətdə inhisara malik deyildir. Əl götür! Qoyun irəli gedək! Özünüzdən sonra xarabalıq geridə qoymayın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =