Bennett: 200 dollarlıq Qəssam raketini 100 min dollarlıq raketlə zərərsizləşdirəcəyik

Bennett: 200 dollarlıq Qəssam raketini 100 min dollarlıq raketlə zərərsizləşdirəcəyik

İsrailin Baş naziri rejimin maliyyə itkilərinə toxunaraq bildirib ki, Tel-Əviv ordusu 200 dollarlıq Katayibul-Qəssam raketlərini 100 min dollarlıq raketlərlə zərərsizləşdirəcək.

İsrailin baş naziri Naftali Bennet ibrani dilində çıxan “Haaretz”, “Yedioth Ahronoth”, “İsrael Hume” və “Maariu” qəzetlərinə verdiyi müsahibədə bir sıra məsələlərə, o cümlədən, İran toxunub.

Haaretz-bildirirb ki, bu gün (cümə) İsrailin Baş naziri deyib: “Mən Nazirlər Kabinetinin rəhbəri olduğum müddətdə Oslo razılaşması yerinə yetirilməyəcək.”

Bennett əlavə edib: “Mən sağçı partiyayam və mövqeyim dəyişməyib. Mən Fələstin dövlətinin qurulmasına qarşı çıxmağa və İsraili müdafiə etməyə davam edirəm. Mən Fələstin dövlətinin yaradılması ilə bağlı siyasi danışıqlara imkan verməyəcəyəm və Fələstin Muxtariyyətinin liderləri ilə görüşməyə hazır deyiləm.” – deyə o, əlavə edib.

“Arab 48” xəbər saytı Bennetin müsahibəsinin başqa bir hissəsini işıqlandıraraq bildirib ki, müsahibələrinin birində o, İrana işarə edərək deyib: “İran məsələsi nüvə məsələsindən qat-qat dərindir”. O, daha sonra sionist rejimin böyük olduğunu iddia edərək əlavə edib ki, Tel-Əviv və Tehran arasında soyuq müharibə onilliklərdir ki, davam edir.

Sionist rejimin Baş naziri Fələstin dövlətinin yaranmasının əleyhinə olduğunu və onların rəsmiləri ilə görüşməyəcəyini bəyan edib. Başqa bir yerdə Bennett İranın nüvə bombası əldə etmək istədiyi iddiasını təkrarlayaraq, İranı dayandırmaq niyyətində olduğunu iddia edib.

Bennet deyib:  “Razılaşmanın əldə edilib-edilməməsindən asılı olmayaraq (Vyana danışıqları nəzərdə tutulur) biz İranla məşğul olmaq üçün strategiya üzərində işləyirik.” Sionist rejimin Baş naziri belə deyib: “Prezident Bayden mənim əsl dostumdur. O, İranla bağlı sual verəndə mən ona dedim ki, əgər müqavilə imzalasa, İsrail buna əməl etməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + fifteen =