Bennett: İsrail vətəndaş müharibəsi astanasındadır

Bennett: İsrail vətəndaş müharibəsi astanasındadır

Sionist rejimin keçmiş baş naziri işğal olunmuş ərazilərdə vətəndaş müharibəsi ehtimalını vurğulayaraq, müharibə qorxusunun real olduğunu bəyan edib.

Sionist rejimin keçmiş baş naziri Naftali Bennet dünən (13 fevral bazar ertəsi) işğal olunmuş ərazilərdə real vətəndaş müharibəsi təhlükəsinin olduğunu təsdiqləyib.

 “Əl-Məyadin” saytının məlumatına görə, Bennet sionist rejimin 12-ci kanalına müsahibəsində deyib:

Tel-Əviv kabineti və müxalifət qanunverici orqana bir həftə vaxt verməli və Ədliyyə Naziri Yariv Levin tərəfindən təklif olunan məhkəmə islahatı qanunu ilə bağlı danışıqlar aparmaq üçün bir masa ətrafında toplanmalıdır.

Məhkəmə-hüquq islahatları ilə bağlı razılığın əldə oluna biləcəyini deyən Bennet bu məsələyə aydınlıq gətirdi: “İslah olunmalı, dəyişdirilməli olan şeylər var, amma hadisələrin səhnəsi bir ifratdan digərinə çevirmək olmaz. Əksəriyyət sistemi dəyişməyi deyil, proseslərin düzəldilməsini istəyir.”

Bennet kiçik bir səbəbdən vətəndaş müharibəsinə gətirib çıxaran vəziyyətə qarşı xəbərdarlıq edib və həqiqi vətəndaş müharibəsi təhlükısinin olduğunu vurğulayıb.

Bu arada, sionist rejim kabinetinə müxalifətin lideri və Knessetin üzvü Yair Lapid ötən gün bəyan edib ki, İsrail uçurumun kənarındadır və kritik vəziyyətdədir və məhkəmə islahatı ilə bağlı qanun qəbul edilsə, İsrail məhvə doğru gedəcək.”

Dünən sionist mühacirlər Netanyahu kabinetinin planlarına qarşı nümayişlərinin ardınca minlərlə sionist Knessetin (Sionist rejimin parlamenti) qarşısına toplaşaraq bir daha kabinetin bu rejimin məhkəmə strukturunda geniş dəyişikliklər etmək planına etirazlarını bildiriblər.

Knesset qarşısında bu gün keçirilən nümayişdə sionist etirazçılar Netanyahunun kabinetinin təklif etdiyi plana etiraz əlaməti olaraq sionist rejimin bayrağı və plakatlar tutublar.

Bəzi plakatlarda “İsrailin demokratiyasını xilas edin” və “Bütün dünya bunu izləyir” sözləri yazılıb.

Benyamin Netanyahunun başçılıq etdiyi Tel-Əvivin yeni kabineti ayın 4-də bu rejimin məhkəmə sistemində islahatlar planını təqdim edib.

İllərdir korrupsiya, rüşvətxorluq və əmanətə xəyanət ittihamları ilə mühakimə olunan Netanyahu bu rejimin Ədliyyə nazirinin köməyi və “məhkəmə hərbi islahatı” adlandırdığı islahatla məhkəmə prosesini ləğv etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 7 =